"İrana qarşı sanksiyaların bərpasından sonra ABŞ prezidenti Donald Trampla danışıqlar heç bir məna daşımır".
"Fars” agentliyi xəbər verir ki, bu haqda İran prezidenti Həsən Ruhani bildirib.
Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv edilmiş sanksiyalar yenidən işə düşüb. Bu barədə ABŞ prezidenti fərman imzalayıb.
Fransanın Xarici İşlər Nazirliyinin başçısı Jan-İv Le Drian, onun Britaniyadan olan həmkarı Ceremi Xant, Almaniyanın xarici işlər naziri Xayko Maas, həmçinin Avropa İttifaqının diplomatiyasının başçısı Federika Mogerini bu qərarla əlaqədar təəssüfünü ifadə ediblər/Publika.az.