BMT-nin bu ilki sessiyasında kritik bir səhnə yaşanacaq.
Shafaqadogru.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu ay keçiriləcək BMT sessiyasında İran məsələsini müzakirəyə çıxaracaq.
Sentyabrın 26-dakı müzakirələrə Tramp moderatorluq edəcək.
"Avronyus”un xəbərinə görə, BMT sessiyasının 25 sentyabr iclasında İran Prezidenti Həsən Ruhaninin proqrama uyğun çıxışı gözlənilir.
Lakin Ruhaninin bir gün sonra, sentyabrın 26-da keçirilməsi planlaşdırılan və Donald Trampın rəhbərlik edəcəyi iclasda da çıxış etmək tələbi qoyacağı istisna deyil.
ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Haley deyib ki, Trampın sədrliyi ilə keçən iclasda Ruhaninin çıxış etmək istəyinə etiraz olmayacaq.