Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabr ayında ABŞ-a səfəri zamanı prezident Donald Trampla nəzərdə tutulan görüşü baş tutmayacaq.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. Trampın Paşinyanla görüşü ləğv etməsinin üç səbəbi göstərilir: Paşinyanın Rusiyaya səfərləri, erməni hərbçilərinin Suriyada humanitar missiyalarda iştirakı, Rusiya mütəxəssislərinin Ermənistandakı ABŞ laboratoriyalarına buraxılması.
Paşinyan və Trampın görüşü rəsmi olaraq təsdiqlənməmişdi. Söhbəti lobbiçilik edən bəzi konqresmenlərin təşkil edəcəyi deyilirdi.