Xəbər verildiyi kimi, ABŞ-ın Prezident Administrasiyası Çindən idxal olunan mallara qarşı yeni rüsumlar tətbiq edəcək. Yeni rüsumlar 200 milyard dollarlıq müxtəlif məhsulları əhatə edəcək.
Shafaqadogru.com xarici KİV-ə istinadən bildirir ki, 10 faiz səviyyəsində nəzərdə tutulan rüsumların tətbq diləcəyi zaman açıqlanıb. Bu, 24 sentyabra təsadüf edəcək. Məhz gələn həftədən ABŞ-ın yüni rüsumları qüvvəyə minəcək.
Bununla yanaşı, 1 yanvar 2019-cu ildən rüsum 25 faizədək yüksəldiləcək.