Region TV (Kəpəz TV) xəbər verir ki, Gədəbəy sakinləri Şəmkirdə silah satarkən tutulub. Polisin keçirdiyi əməliyyatla həmin şəxslərin silahı kimin vasitəsi ilə ələ keçirdikləri də məlum olub.
Şəmkir rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini 22 Qabil Məmmədcəfərov və onun həmyerlisi 25 yaşlı Niyaməddin Hüseynov saxlanılıb. Onlar "Makarov" markalı tapançanı, 29 ədəd patron və 2 ədəd patron darağını satarkən ələ keçiblər.
Niyaməddin Hüseynov ifadəsi zamanı deyib ki, Qabil Məmmədcəfərov ona odlu silah olması barədə məlumat verib və silahı satmaq üçün müştəri tapmasını xahiş edib. Niyaməddin Hüseynov isə öz növbəsində Şəmkir rayonunda alıcı tapıb.
Niyaməddin Hüseynov - saxlanılan şəxs: "Qabil mənə dedi ki, silah var, müştəri tap, sataq. Mən də əsgər yoldaşıma zəng etdim. O, müştəri olduğunu dedi. Biz də Şəmkirə gətirib satmaq istəyərkən saxlanıldıq".
Qabil Məmmədcəfərov Niyaməddin Hüseynovun dediklərini təsdiqləyib. O bildirib ki, odlu silahı satış məqsədi ilə həmyerlisi 26 yaşlı Bahadur Abdullayevdən alıb.
Qabil Məmmədcəfərov - saxlanılan şəxs: "Silahı Bahadurdan 150 manata aldım. 100 manatını vermişdim. 50 manat da verəcəkdim. 500 manata satmalıydıq. Onun 300-ü mənə, 200-ü isə Niyaməddinə çatacaqdı. Satmaq istəyərkən tutulduq.
Polisin keçirdiyi digər bir əməliyyatla Bahadur Abdullayev də saxlanılıb. O, makarov tipli tapancanı həmyerlisi Qabil Məmmədcəfərova Gədəbəy rayonu ərazisində satdığını etiraf edib.
Bahadur Abdullayev - saxlanılan şəxs Rayonun mərkəzində Qabilə dedim silah var, satmaq istəyirəm. O, isə almaq istədiyini bildirdi. 150 manata ona satdım.
Tapanca ekspertizaya təqdim olunub və döyüş ücün tam yararlı olduğu deyilir. Faktla bağlı cinayət işi aşılıb, istintaq aparılır.