Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında ölkəmiz üçün uğurlu nəticələr əldə olunub.
Bununla bağlı Cebhe.info-ya Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.
İclasda Qazaxıstanda Dağlıq Qarabağda istehsal olunan məhsulların satışının qadağan olunması ilə bağlı protokol razılaşdırılıb.
Protokola görə, Qazaxıstan bazarında Azərbaycanın tərkib hissəsi sayılan Dağlıq Qarabağda qanunsuz istehsal olunan məhsulların satışı, xidmətlər, eləcə də Qazaxıstan şirkətlərinin Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərdə fəaliyyətinin yolverilməzdir.
Qazaxıstan tərəfi protokolda bəyan edib ki, məlum prinsiplər 29 may 2014-cü ildə Avrasiya İqtisadi Təşkilatına üzvlüyün şərtlərinə əsaslanır. Yəni, həmin şərtlərə görə, Ermənistan məhz öz sərhədləri daxilində bu təşkilata üzv qəbul olunub.