Yaponiya Baş naziri Şinzo Abe Rusiya Prezidenti Vladimir Putinə geri qaytarılacağı təqdirdə Kuril adalarına ABŞ qoşunlarının yerləşməyəcəyi vədini verib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Yaponiyada nəşr olunan "Asahi” qəzeti məlumat yayıb.
Abe Qərbi Sakit okeandakı 4 ada üzərində yaranmış münaqişənin ikitərəfli formada həll ediləcəyini deyib
Lakin qəzet xatırladır ki, Yaponiyanın suverenliyinə dair hər hansı bir razılaşma ABŞ-Yaponiya təhlükəsizlik müqaviləsi əsasında Vaşinqtonun adalarda hərbi bazalar qurma hüququna malik olmasını da ehtiva edir.
Şinzo Abe isə Vladimir Putinə ABŞ-ın iki adada hərbi baza yerləşdirməyəcəyini deyib