Qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətinə bütün ölkələr reaksiya göstərsə də, səudiyyəlilər sərmayə vədi ilə münasibətlərini yaxşı bir şəkildə davam etdirə bilirlər.
Shafaqadogru.com xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman keçirdiyi görüşdə Ər-Riyadın Rusiyadakı layihələrə investisiyanı artırmaq məsələsini müzakirə edib.
Bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Mixail Dmitriyev Argentinanın paytaxtı Buenos-Ayresdə ötən gün başa çatan G20 sammiti çərçivəsində jurnalistlərə bildirib: "Rusiya-Səudiyyə Ərəbistanı birgə fondu ilə Rusiyadakı sərmayələrinizi 2 milyard dollar daha artırmaq istəyirik".