30 noyabrda Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin təşəbbüsü ilə İrəvanda "Lazarev klubu” öz işinə başladı və Zatulinin yanında gələnlər ermənilərə o qədər yağlı vədlər verdilər ki, hətta məclisə təşrif gətirmiş Koçaryan kimi quzğun belə bu vədlərə şübhə ilə yanaşdı. Təhlükəsizlik problemləri adı altında toplanan bu klubun rusiyalı üzvlərinin məqsədi Paşinyan hakimiyyətinə üzlərini Qərbə deyil, Rusiyaya tutmağı yalvarmaq idi. Azərbaycan və Türkiyəyə düşmənçilik üstündə köklənmiş bu klubda Rusiyadan gələnlərin canfəşanlığına baxmayaraq Paşinyan klubun açılışına gəlmədi. Prezident Armen Sarkisyan klub üzvlərini qəbul edərkən Zatulindən açıq şəkildə və ironiya ilə soruşdu: ”Siz bura kimləri yığmısınız?”. Roma papasından da artıq katolik olmaq istəyən rusiyalı siyasətçilərin ermənilərin könlünü xoş edən bəzi çıxışları haqqında məlumat vermişik. MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin Bakını "İsgəndər” raketi ilə vurmaq təklifi artıq məlum məsələdir. Rusların vədləri bununla bitməyib. Ermənistan mətbuatı dünən hətta ermənilərin özü üçün də sensasiya təsiri bağışlayan daha bir vəddən yazıb. "Klubun kulislərində Rusiya nümayəndələri Naxçıvan haqqında danışıblar və əmin ediblər ki, növbəti iclasda erməni torpaqlarını Türkiyə və Azərbaycana vermiş 1921 –ci il Rusiya-Türkiyə arasındakı Moskva müqaviləsinə müraciət edəcəklər” (Lraqir-04.12.2018). Erməni mediası onu da əlavə edib ki,”kulis söhbətlərinə bəzən inanmaq çətin olsa da, real proseslər məhz kulislərdə baş verir”.
Ermənilərin Türkiyə və Azərbaycan torpaqlarına iddiaları və bu iddianın içərisində Qarabağdan sonra Naxçıvanın gəldiyi yenilik deyil. Bu iddianı ortaya ”atanın kazaklar” olduğu hələ çar Rusiyası dövründən məlumdur. O dövrlərdə rusların vədlərinə uyub Osmanlıya xəyanət edən erməninin aqibətini hamıdan yaxşı özləri bilir, amma xislətlərinin əsrlərdən bəri təbəələri olduqları imperiyalara xəyanət olduğunu Rusiya da yaxşı bildiyindən, potensial satqınları şirnikləndirmək üçün Azərbaycan ərazilərini vəd verməkdən çəkinmirlər.
Lazarev klubunun Rusiya tərəfdən olan nümayəndələri Bakını raketlə hədələdi, Naxçıvanı da erməniyə peşkəş edəcəklərinə əmin etdilər. Azərbaycan tərəfindən indiyədək rəsmi etirazın bildirilməməsi, yalnız mediada tənqid olunması təəccüb doğurmaya bilməz. "Naxçıvanın qrup rəqsləri”nin müdafiəsi haqqında bəyanat verən XİN-imiz nədən erməni KİV-də Naxçıvan haqqında Rusiya nümayəndələrinin mövqeyinə münasibət bildirmir? Bəs, hörmətli deputatlarımız necə? Rusiya Dövlət Dumasının üzvünün mövqeyinə qarşı televiziyalardan düşməyən politoloq-deputatlarımız niyə passivdirlər?
Sabah –dekabrın 6-da Sankt Peterburqda KTMT baş katibi məsələsinə baxılmayacaq. Bu məsələ qaldı 2019-cu ilə. MDB –nin üzvü olandan barmağımız bala batmayıb, bu qurumun işləri ilə məşğul olan institutun direktor müavini Bakını raketlə hədələyirsə, bizi KTMT-yə rəsmən yaxınlaşdırmaq istəyənlərin nəzərinə çatdıraq ki, KTMT-də hələ ki, Rusiyanın pıçıltısı ilə erməninin dediyi söz keçir. Paşinyanın sözü ilə Putin baş katib məsələsini 2019-a saxlayıb. Lukaşenkonun, Nazarbayevin dedikləri hələ ki, keçmədi.
Ermənistan çox incə şəkildə Rusiyaya təzyiq edir və Rusiya da ərkəsöyün erməninin nazı ilə oynayır. Deməli, bəzən yalvarmaq yox, təzyiq etmək daha səmərəlidir. Burda xalqın birliyinin siyasi dayaq rolunu oynadığını da unutmaq olmaz. Erməni doymaz bir canlı məxluqdur, qarşısı alınmasa iştahası hər gün artacaq - bu gün Qarabağ, sabah Naxçıvan olacaq.