Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.
Shafaqadogru.com Publika.az-a istinadən məlumat verir ki, bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, amnistiya aktının 10 min nəfər məhbusu əhatə edəcəyi gözlənilir: "Bu 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək".
Z.Əsgərov bildirib ki, bu, Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə 4-cü müraciətidir.
Milli Məclisin bu məsələ ilə bağlı iclasının mayın 20-də keçiriləcəyi gözlənilir.