Şəfəqə Doğru » Manşet » Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir – Şahnazaryan

Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir – Şahnazaryan

Bu, Ermənistan tarixinin ən biabırçı seçkisidir – Şahnazaryan

Bu növbədənkənar parlament seçkisi Ermənistan tarixinin ən biabırçı seçkisidir.

Axar.az xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasından namizəd olan David Şahnazaryan jurnalistlərə açıqlamasında deyib. O, seçkiöncəsi təbliğat kapmaniyasının az olmasına təəssüf edib:

"Seçki kapmaniyası zamanı təhdidlər səsləndirildi, hakim qüvvə tərəfindən təzyiq halları baş verdi”.

Jurnalistlərin ötən seçkilərdə qanun pozuntusunun daha çox olması barədə qeydinə cavab olaraq Şahnazaryan deyib:

"Amma onda hakimiyyət demirdi ki, bu, qalaktikada ən şəffaf, ən təmiz seçkidir”.

O qeyd edib ki, bu, ölkə üçün çox vacib seçkilərdir:

"Ümid edirəm ki, xalq düzgün seçim etdi. Bir seçki bülletenini mən konvertə qoydum, digər ikisini isə cibimə - ona görə ki, onları da digər 8 bülleten kimi zibil qutusuna atmaq istəmədim”.

Şahnazaryan saat 20:00-da RP-nın qərargahında seçki bülletenlərini nümayiş etdirməyə söz verib.