Quba rayonu Təhsil Idarəsinin rəisinin maaşını alan Rüfət Hacıyevin ,vəzifəsindən sui istifadə edərək çoxsaylı qanunsuzluqlar edir.
Bir müddət əvvəl mətbuatda onun 2600 müəllimdən və 2500 texniki işçidən Qızıl Aypara adı ilə rəsmi cədvəllə,hər birindən 3 manatdan pul toplaması haqda yazı getmişdi.
O, bu pulun rayon icra hakimiyyəti başcısının və təhsil nazirliyinin şifahi ğöstərişləri ilə edildiyini, israrla iddia edirdi.
Məsələ ictimailəşəndən sonra müəllimləri məcbur ediblər ki,pulu könüllü ödəmələri barədə ərizə yazsınlar.
Mozalan.az xəbər verir ki, indi həmin vəziyyət təkrarlanır.
Bu dəfə rayon üzrə hər müəllimdən 15-20 manat qəzet pulu adı altında yığılaraq mənimsənilir.