Dərman vasitələrinin təqdim edilməsinə əlavə dəyər vergisi daha aşağı dərəcə ilə (differensial) tətbiq ediləcək/
Prezident İlham Əliyev imzaladığı Fərman ilə bu barədə Vergilər Nazirliyinə tapşırıq verib.
"Nazirlətr Kabineti 3 ay müddətində təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
-"Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibbi xidmətlərin göstərilməsinə və həmin xidmətlər çərçivəsində dərman vasitələrinin təqdim edilməsinə əlavə dəyər vergisinin həmin verginin Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş dərəcəsindən daha aşağı dərəcə ilə tətbiqi (differensial ƏDV-nin tətbiqi) ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;",- Fərmanda deyilir.