Şəfəqə Doğru » Manşet » TOVUZ VƏ AĞDAM ATƏŞƏ TUTULDU

TOVUZ VƏ AĞDAM ATƏŞƏ TUTULDU

TOVUZ VƏ AĞDAM ATƏŞƏ TUTULDU

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.

 Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.