Şəfəqə Doğru » Manşet » Tələbələri etiraza səsləyən müəllimlər kimlərdir?

Tələbələri etiraza səsləyən müəllimlər kimlərdir?

Tələbələri etiraza səsləyən müəllimlər kimlərdir?




<iframe width="120" height="600" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_1" name="aswift_1" style="left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 120px; height: 600px;"></iframe>


İmtahan öyrətmə prosesinin davamıdır. Öyrənməyə maraq göstərən hər bir şəxs isə tələbədir. Tələbə nə üçün oxuyan və oxumayan adlı iki kateqoriyaya bölünməlidir? Axı oxumaq istəyən tələbələrin sayı oxuyan və oxumayan tələbələrin sayından qat-qat artıqdır. Elə biri mən! Mən əlaçı tələbə deyiləm, oxumayan tələbə də deyiləm. Oxumaq istəyən, öz çulunu sudan quru çıxarmağa çalışan tələbələrdənəm.Bəzi uğursuz insanlar sosial şəbəkələrdə şər-şəbədə ilə məşğuldurlar. Azərbaycan Dillər Universiteti haqda yazılan əxlaqa zidd fikirləri bir müddətdir ki, izləyirdim. Prosesləri sadəcə müşahidə edir, haqq-ədalətin kimin tərəfində olduğunu axtarırdım. Baxmayaraq ki, həm də tələbəyəm, bir prosesi izləmədən, şəxslərin arqumentlərini dinləmədən fikir bildirsəm, ən azından 5 ilə yaxın müddətdir ki, çalışdığım sahəyə – jurnalistikaya hörmətsizlik etmiş olardım.Açıq danışaq, tələbənin haqlı mənada xeyrinə atılmış addım, cəmiyyətin, dövlətin xeyrinə atılmış addım deyilmi? Heç iki il deyil ki, tələbələrin əlehinə yönələn qərarlar nəticəsində Azərbaycan Dillər Universitetinin tələbələri universitetin rəhbərliyinə qarşı etiraz edirdi. Bu etirazlar bir neçə gün davam etdi. Həmin zaman təhsil nazirinin müavini universitetə gəldi, tələbələri dinlədi və onların xeyrinə yönələn addımlar atmağı tapşırdı. Az keçmədi ki, cənab Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Dillər Universitetinin rəhbərliyi dəyişdi.Universitet rəhbərliyi elə ilk gündən tələbələri başına toplayıb onların dərdini dinlədi, çox sərt şəkildə təşkil olunmuş imtahan və universitet qaydalarını dəyişdi. Tələbələrin lehinə verilmiş qərarları ilə də tələbə sevgisi ilə alqışlandı. Məhz tələbələrin səsindən yapışdı. Bir az xatırlatma edək, verilmiş qərarları yada salaq:Yay məktəbi tam pulsuz şəkildə təşkil olundu; Apelyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırıldı; İmtahan nəzarətçiləri fənnə yaxın müəllimlərdən seçildi, imtahan nəzarətçilərinə otaqda gəzməmək, tələbənin başının üstündə dayanmamaq, yerində oturmaq tapşırıldı; İmtahan prosesi zamanı koridorlarda ümumi imtahanlara nəzarət üçün təhkim olunan şəxslərin həmin fəaliyyətinə xitam verildi və sadəcə hər imtahan otağında bir nəzarətçi olması tapşırıldı; Universitetdə kitabxana punktu yaradıldı, tələbələr kitab üçün universitetin Təbriz küçəsində yerləşən tədris binasına getmir, kitabın adını deyir və kitabxana əməkdaşları gətirib tələbəyə təhvil verir; Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtının dəyişdirilməsi şansı verildi; Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranan tələbə rektora ərizə ilə müraciət edir və ona müəyyən vaxt verilir, hətta təhsil haqqını il ərzində dörd dəfəyə də ödəyə bilir.Hazırda iki-üç müəllimin "narazılığına” səbəb olmuş imtahan nəzarətçilərinin fənnə yaxın müəllimlər olması, nəzarətçilərin otaqda gəzməməsi, tələbənin başının üstündə daymaması, koridorlardakı əlavə nəzarətçilərin olmaması və digər qərarlar məhz il yarım bundan öncə verilib. O qərarlardan 3 imtahan sessiyası qədər vaxt keçib və hazırda 4-cü imtahan sessiyasıdır. Sual olunur, tələbələrin xeyirinə qərarlar veriləndə harada idiniz? Əgər sizi bu qədər narahat edirsə, bəs növbəti sessiyalarda niyə verilmiş qərarların sizə görə yanlış olduğunu rəhbərliyə bildirmirdiniz?!Rəhbərlik indi də innovativ fəaliyyəti istiqamətində tələbələrin lehinə qərarlar verir. Yeni verilmiş qərarlardan biri də imtahan vaxtının 2 saatdan 3 saat qədər artırılmasıdır. Şahidi olmuşam ki, imtahan müddəti bitdiyinə görə bir çox tələbənin imtahan vərəqi nəzarətçilər tərəfindən yığılıb. Təkcə imtahanların yaxınlaşdığını xatırlamaqla tələbənin qan təzyiqi normadan 15-30 mm qədər artıq ola bilir. İnsanın tənəffüs sürəti dəyişir. Qan damarları genişlənir, qan təzyiqi artıb-azala bilir. Nəbzin vurması artır, məsələn, qorxu zamanı nəbz 60-70 dəfədən 80-90-a qalxır. Bu qərarlar həm də tələbələrin yaşadığı stressi aradan götürməyə vəsilə olacaq.İmtahan müddətinin uzadılması, tələbənin apelyasiyaya müraciət etmək şansının təkcə həmin gün deyil, sessiya zamanı verəcəyi növbəti imtahana qədər artırılması, imtahan zamanı proqramın və lüğətin olması tələbə üçün və ya müəllim üçün hansı problem yaradır ki? Məhz bu qərarlar tələbəyə psixoloji rahatlıq verir. Digər universitetlərdə də imtahan zamanı proqramdan istifadəyə icazə verilir.İmtahan zamanı proqramın olmasından narazısınız. Proqram sadəcə xatırlatma kitabçasıdır. Proqram dərs vəsaiti deyil. Proqram semestr boyu keçirilmiş mövzuların adlarından ibarət topludur. İmtahan zamanı hər tələbənin qarşısına bir proqram, bir lüğət qoyulmur, sadəcə hər otaqda bir proqam və bir lüğət olur. Əgər tələbə hər hansı sözü undubsa, lüğətə baxır və yerinə qoyur, keçir sualını cavablandırır. Tələbəyə imtahan zamanı bir dəfə də olsa, bu şansın verilməsində absurd olan nədir? Semestr boyu keçirilən dərslər öyrətmə prosesinin özüdürsə, yenə qeyd edirəm, sessiya zamanı keçirilən imtahanlar da öyrətmə prosesinin davamıdır.Deyə bildimmi?! Bu birinci məsələ…Keçək ikinci məsələyə. Hər gün sosial şəbəkələrə şikayətlənirsiniz ki, Azərbaycan Dillər Universitetinin tələbələri ingilis dilini bilmir, kənar kurslara müraciət edir. Guya ingilis dilini bilən şəxslərin əksəriyyəti Azərbaycan, rus, fransız, alman dillərini mükəmməl bilir? Bu lağ-lağı fikirləriniz Azərbaycan Dillər Universitetinin tələbələrinə və müəllimlərinə hörmətsizlikdən başqa bir şey deyil. Ona görə ki, "kənar kurslar” dediyiniz hazırlıq mərkəzlərinin 99 faiz müəllimi, həmçinin rəhbərləri məhz Azərbaycan Dillər Universitetinin indiki tələbələri və məzunlarıdır. Əgər iddianızda, tələbələrə, müəllimlərə qarşı lağ-lağı yanaşmanızda haqq-ədalət axtarırsınızsa, III və IV kursda oxuyan ADU tələbələrinin ingilis dilinin bilməməsinin günahı kimdədir? ADU-nun istər I kurs, istərsə də IV kurs tələbələri zəngin potensiala malikdir. Tələbəni nüfuzdan salmaq ayıbdır! Günahı başqasında axtarmaq da ayıbdır, vallahi ayıbdır…Deyək ki, IV kurs tələbəsinin ingilis dilinin bilməməsinin günahkarı universitet rəhbərliyidir. Universitet rəhbərliyi bu stiuasiyada hansı addımı atmalı idi?! Təbii ki, dərslərin keyfiyyətini aşkara çıxarmaq üçün universitetdə açıq dərslərin keçirilməsini təşkil etməli idi. Rəhbərlik atmalı olduğu addımı çoxdan və vaxtında atıb. Rektoryanı və elmi şuralarda açıq dərslərin keçirilməsi proseslərinin təşkili məsələləri dəfələrlə müzakirə olunub, alt və üst komissiyalar yaradılıb. Fakültə dekanları alt komissiyaların sədri təyin olunub və bu komissiyalar öz işinə başlayıb. Amma indi dərslərin keyfiyyətindən şikayətlənən şəxslərdən biri, Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin sədri olduğu alt komissiya işində ciddi nöqsanlar buraxıb. O nöqsan ki, dərs prosesində cəmi 7 dəqiqə oturmaqla müəllimin dərsinə münasibət bildiriblər. İstər müsbət, istər mənfi münasibət olsun, cəmi 7 dəqiqə iştirak edilən dərsə necə qiymət vermək olar? Özü də həmin müəllimin iştirakı olmadan dərsinin müzakirəsini keçirib qiymətləndirmək isə hansı haqq-ədalətə sığar? Tələbələrlə universitet rəhbərliyinin görüşlərindən birində həmin qrup tələbələrindən biri bu prosesi bütün tələbələrin yanında danışdı. Universitetin rektoryanı və elmi şuralarında tələbələr də iştirak edir. Həmin rektoryanın şuranın birində buraxılmış nöqsanlara görə Filologiya və jurnalistika fakültəsində fəalliyyət göstərən alt komissiyanın nəticəsi ləğv edildi və yenidən təşkil olunmasına göstəriş verildi. Dekana isə xəbərdarlıq elan ediləcəyi bildirildi. Digər məsələ isə Ümumilli Lider Heydər Əliyevin anım günü münasibətilə həmin fakültədə heç bir tədbirin təşkil olunmaması idi. Bu həm də xalqımızın Ümumilli Liderinə, tələbəni rektorlara əmanət edən uca bir dəyərə hörmətsizlik deyilmi?!… Olanlar da elə buradan başladı… Vüsalə xanımın həmin xəbarlığı eşidəndən sonra şura üzvlərinin gözü qarşısında ayağını yerə vuraraq, qışqır-bağır salmasından, universitet rəhbərliyinə, şura üzvlərinə qarşı hörmətsizliyindən danışmıram… Proseslər onu göstərdi ki, dekanın çox yaxın rəfiqələri Pərvin Mürsəlova, Mahirə Hacıyeva da "haqq-ədalət” çarcısı omağa başladı və fakültə tələbələrini fərqli istiqamətlərə yönəldib etiraz etməyə, mitinqlər keçirməyə səslədi və hələ də səsləyirlər. O qədər yaxın rəfiqə ki, dekanın otağının açarı həmin şəxslərdə də varmış. Dekan otaqda oldu, olmadı, fərq etməz, istədikləri vaxt gəlib otaqda oturub söhbətləşirmişlər… Pərvin Mürsəlovanın jurnallarda buraxdığı nöqsanlar isə digər məsələdir. O nöqsan ki, cəmi bir nəfərə qiymət yazıb, digər tələbələrin nə dərsdə iştirak etmələrinə aid, nə də etməmələrinə aid qeyd etməyib. Maraqlıdır, niyə?! Bəs, bu əməlin arxasında hansı məqsədlər dayanır?Hətta qeyd edim ki, sentyabr ayından bu günə qədər Filologiya və jurnalistika fakültəsinin 60-a yaxın tələbəsi dekana ərizə ilə müraciət edib, amma həmin tələbələrin müraciətinə baxılmayıb. Tələbələrin əksəriyyəti təkrar ərizə yazaraq universitet rəhbərliyinə müraciət edib.Ola bilsin ki, Vüsalə xanım çox yaxşı müəllimdir. Bu günə qədər hörmət etdiyim biridir. Bir pedoqoq olduğu üçün ona yenə də hörmət bəsləyəcəyəm. Lakin mənim bu məsələyə yanaşmamı fərqli mənalara yozmaq lazım deyil. Ortada Azərbaycan Dillər Universitetinin adı hallanırsa və haqsız yerə rəhbərlik, tələbə, müəllim ittiham olunursa, o zaman reallığı və baş verən prosesi olduğu kimi yazmaq lazımdır. Bəlkə də bu yazıma görə rəhbərlik tərəfindən ciddi qınanılacam. Maraqlıdır, "ədalət carçıları”nın "narazı” qaldığı dərslərin keyfiyyətini artırmaq üçün təşkil olunan açıq dərslərdə buraxılmış nöqsanlar niyə əllərində ağ bayraq deyil?Bu açıq dərslər ona görə təşkil olunur ki, elə özlərinin dediyi kimi, müəllimlərin dərs prosesini, öyrətmə, dinləmə, metodiki bilikləri üzə çıxarılsın, nisbətən zəif müəllimlər ixtisasartırmaya göndərilsin, bilik-bacarıqları, metodik qabiliyyətləri daha da artırılsın. Son bir il ərzində Əlavə təhsil və təcrübə fakültəsinin təşkilatçılığı ilə onlarla müəllim universitet hesabına müxtəlif ölkələrə ixtisasartımaya göndərilib və bu proses hələ də davam edir.Azərbaycan sabit, firəvan, müstəqil dövlətdir. Təbii ki, bu müstəqillik, xalqın, xüsusilə gənclərin, eyni zamanda tələbələrin cənab Prezidentin ətrafında sıx birləşməsi, dövlətin yürütdüyü uğurlu siyasətə dəstək olması arxasında erməni lobbisi və digər xarici qüvvələr dayanan təşkilatları, şəxsləri narahat edir. Bu gün sosial şəbəkələrdə dayanmadan tələbələri durduq yerə etirazlara, mitinqlərə səsləyən bu şəxslərin də bəlkə də əlaqələri həmin təşkilatlara gedib çıxır. Ona görə bu fikirdəyəm ki, universitet koridorlarında "sonuna qədər mübarizə aparacağam, geri çəkilməyəcəyəm” deyən Pərvin xanımın sosial şəbəkədəki paylaşımlarına nəzər yetirdikdə Azərbaycan dövlətinin, polisinin əleyhinə yazılmış statusları, videoları gördüm. O paylaşımlar xarici ölkələrdə Azərbaycan prezidentinə, Azərbaycan dövlətinə, Azərbaycan polisinə şər-böhtan atan, yalan məlumatlar yayan, təhqir edən erməni lobbisinin qrantları hesabına yaşayan mühacirlərin sosial şəbəkələrdəki səhifələrinə aiddir.Azərbaycan Dillər Universiteti ilə qəti əlaqəsi olmayan digər bir şəxsin – Lamiyə Hüseynin də universitetin tələbələrinə, müəllimlərinə qarşı əxlaqa-zidd paylaşımlarına toxunmadan keçmək olmaz. Təsadüfdürmü ki, rahatlıqla sosial şəbəkədə həm tələbəni, müəllimi ittiham edəsən, lağ-lağı obyektinə çevirəsən, həm də etirazlara çağırasan?! Özü də bu çirkin fikirlərdə Ulu Öndərin adını hallandırmaqlarını qəbul etmək olmaz! Özlərini Ulu Öndər Heydər Əliyevin davamçısı kimi göstərib, sonra da bu uca ada gülmək hansı əxlaqa sığır?! Xalqın dəyərinə toxunmaq olmaz! Düzdür, son zamanlar xalqın dəyərlərinə dil uzadaraq məşhurlaşmaq dəb halını alıb. Amma unutmayın, Azərbaycanın dəyərinə, o cümlədən Ümumilli Liderimizə dil uzadanların qarşısında biz varıq!!!Mən 100 illik şanlı tarixi olan Azərbaycanıma, dövlətimə, hökümətimə, Ümumilli Liderimizin davamçısı olan cənab Prezidentimizə, dövlət təhlükəsizlik orqanlarına özümdən çox güvənirəm. Və fəxr edirəm ki, mən azərbaycanlıyam! Və fəxr edirəm ki, mən Azərbaycan Dillər Universitetinin tələbəsiyəm!Gəlin sonda sizə bir məzəli əhvalat danışım, vallahi olmuş hadisədir. Demək, bir gün tələbə gəlir dekana deyir ki, axı Böll proqramda yoxdur, indi niyə bizdən tələb edirsiniz ki, bunu cavablandıraq? Dekan da qayıdasan ki, böl deyirlər böl də, nə istəyirsiz məndən?P.S. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, dahi alman yazıçısı Henrix Böll həm də "O illərin çörəyi”, "Bir təlxəyin düşüncələri” romanlarının müəllifidir.Şahin SərdarlıAzərbaycan Dillər Universitetinin III kurs tələbəsi
 
 
 
 
Shafaqadogru.com Musavat.az-a  isdinadən bildirir.