Gürcüstan paytaxtı Tbilisidə 22 yaşlı gənc qadın qrip virusundan ölüb.
Shafaqadogru.com Gürcüstan bürosu xəbər verir ki, o, bir həftə öncə qripin törətdiyi ensefalit diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bir neçə gün ərzində qadın süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.
Qadının "donuz qripi”ndən ölməsi ehtimal olunur. Ölümün dəqiq səbəbi ekspertizadan sonra müəyyən olunacaq.
Dünyasını dəyişən qadının tibb fakultəsinin tələbəsi olduğu və virusa növbədə qaldığı xəstaxanada yoluxduğu bildirilib. Onun yaş yarımlıq övladı olduğu bildirilir.