Şəfəqə Doğru » Manşet » Qadın sahibkarlar üçün 1 milyon kredit ayrılacaq

Qadın sahibkarlar üçün 1 milyon kredit ayrılacaq

Qadın sahibkarlar üçün 1 milyon kredit ayrılacaq
"Azərbaycanda qadın sahibkarlara 20 mindən 1 milyon manata qədər kredit ayrılacaq" 

Shafaqadogru.com  xəbər verir ki, bunu "Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası"nın sədri Səkinə Babayeva deyib. Onun sözlərinə görə, ayrılacaq kredit təklif olunan 17 layihə üzrədir.
S.Babayeva qeyd edib ki, çeşidlilik yaratmaq üçün Azərbaycan bazarında boş olan sahələrə qadınlar cəlb edilir: "Təkliflər arasında mebel istehsalının artırılması, Azərbaycanda mövcud olmayan saç boyalarının, çini qabların istehsalının artırılması ilə bağlı kreditlərin verilməsi nəzərdə tutulur".