Azərbaycan kompromisə getməsə, biz də getməyəcəyik.
Shafaqadogru.com xəbər verir ki, bunu Kölndə erməni icmasıyla görüşü zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Mən bir neçə dəfə parlamentdəki tribunada çıxışım zamanı demişəm ki, niyə biz kompromisə hazır olub-olmadığımızı soruşuruq? Kim deyir ki, biz məsələnin əsas subyektiyik? Niyə heç kim Azərbaycandan onların kompromisə hazır olduğunu soruşmur? Mən dəfələrlə bəyan etmişəm ki, biz bu suala Azərbaycan mövqeyini açıqlamayana qədər cavab verməyəcəyik”, – deyə o bildirib.
Onun sözlərinə görə, Ermənistana Qarabağ məsələsində təzyiqlər edilmir və onların hökumətinin Qarabağ məsələsindən xəbərsiz insanlardan təşkil edilməsiylə bağlı təəssürat yaradılmağa çalışılır.