Ağstafanın icra başçısı otağını boşaltmağa başlayıb Məhərrəm Quliyevin bu həftə içində sərəncamı veriləcək
Shafaqadogru.com Politika.Az-a istinadən bildirir.
Ağstafanın icra başçısı Məhərrəm Quliyev dünəndən etibarən iş otağını boşaltmağa başlayıb. Politika.Az-a verilən məlumata görə, icra başçısının belə bir addım atmasına səbəb onunla Prezident Admnistrasiyasında edilən son söhbət olub.
Mənbənin bildirdiyinə görə, Quliyev həmin görüşdə bərk danlanıldıqdan sonra işdən azad ediləcəyi xəbərdarlığını alıb. Ona tapşırılıb ki, əşyalarını götürüb, rayonu tərk etsin. Çünki dövlət başçısının etimadını itirib.
Məlumatda deyilir ki, Məhərrəm Quliyev yeni həftənin ortalarına kimi işdən azad ediləcək. Ona yeni vəzifənin veriləcəyi isə mümkünsüz görünür. Elə Ağstafa İcra Hakimiyyətindəki mənbə də təsdiqləyib ki, otağını boşaldan icra başçısına yeni vəzifənin veriləcəyi gözlənilmir. Halbuki ilkin mərhələdə onu başqa bir rayona icra başçısı olaraq göndəriləcəyi gözlənilirdi. Lakin buraxdığı ciddi səhvlər, rayonda görülən işlərin bərbad vəziyyətdə olması işləri korlayıb. Sonda isə rayon camaatının onunla bağlı göndərdiyi şikayətlərin çoxalması da yuxarı dairələri qəzəbləndirib və karyerasının üzərindən xətt çəkiblər. |