"Biz əfv sərəncamı ilə bağlı siyahını daxili işlər naziri Ramil Usubova təqdim etdik”.
Bunu AzNews.az-a açıqlamasına hüquq müdafiəçisi Novella Cəfəroğlu fevralın 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovla görüşündən danışarkən deyib. Hüquq müdafiəçisi görüşdən məmnun qaldığını bildirib:
"Biz siyahını nazirə təqdim elədik. Siyahıdan əlavə də ayrı məsələlər vardı. Bütün problemləri nazirə çatdırdıq. Çox gözəl bir görüş oldu. Siyahıda olan şəxslərin adlarını açıqlaya bilmərik. Əgər açıqlasaq, çaxnaşma olar. Kim lazımdırsa, onların adlarını vermişik. Ümid böyükdür”.
Novella Cəfəroğlu qeyd edib ki, nazirə təqdim olunan siyahıda adları olan məhbusların əksəriyyətinin əfv olunacağına əminik”.
Qeyd edək ki, fevraın 19-da bir qrup hüquq müdafiəçisi Novruz Bayramı ərəfəsində imzalanacağı gözlənilən əfv sərəncamı ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubovla görüşüb.