"Bəziləri 10-15 sayt yaradaraq vəsiqə satmaqla məşğul olurlar. Bunu bilə-bilə tədbir görə bilmirik. Çünki tədbir görmək imkanları məhduddur”.
Bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətində jurnalistlərlə keçirilən görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
O, bu sahənin qanunla tənzimlənməsinin vacibliyini vurğulayıb: "Mətbuat Şurası, Ədliyyə Nazirliyi bununla bağlı təşəbbüslə çıxış etməlidir”.
Report