Şəfəqə Doğru » Manşet » Dolları yüksəldən 3 qərar: Birjalar silkələnir

Dolları yüksəldən 3 qərar: Birjalar silkələnir

Dolları yüksəldən 3 qərar: Birjalar silkələnir
Türkiyə ilə bağlı ABŞ-dan son 2 gündə bir-birinin ardınca verilən açıqlamalar, ticarətdə güzəştlərin ləğvi və "S-400”lərə görə sanksiya təhdidi dolların məzənnəsini yüksəldib. 
Shafaqadogru.com  yerli mətbuata istinadən bildirir ki, üstəlik Mərkəzi Bankın faiz qərarını açıqlaması ilə dolların məzənnəsi daha da artıb. Bu gün dollar 5,43, avro isə 6,14 lirəyə satılıb. Dünən isə birjalar günü dolların 5,38 lirə səviyyəsində başa vurmuşdu. Ekspertlər isə siyasi açıqlamaların bundan sonra da dollara təsirsiz qalmayacağını bildirir. /Cebhe.info/