Şəfəqə Doğru » Manşet » Yeni təqaüd onlara veriləcək - Nazirlikdən AÇIQLAMA

Yeni təqaüd onlara veriləcək - Nazirlikdən AÇIQLAMA

Yeni təqaüd onlara veriləcək - Nazirlikdən AÇIQLAMA

Prezident İlham Əliyevin yeni təsis etdiyi təqaüdə əsasən, I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat veriləcək.


Əksəriyyəti maraqlandıran sual təqaüdün kimlərə veriləcəyilə bağlıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, təqaüd kimliyindən asılı olmayaraq, uşağa qulluq edən şəxsə veriləcək:

"Bu həmin uşağın valideyni və qəyyumu olacaq”.

Rəsmi məlumata görə, əgər uşağın valideyni yoxdursa belə, təqaüd qəyyumuna veriləcək.

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlər aprelin 1-dən 83 faiz artım edilməklə 82 manatdan 150 manata çatdırılıb. 

Yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü veriləcək. 

Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, (150 manat) və təqaüd (50 manat) formasında ümumilikdə 200 manat təşkil edəcək.

Qeyd edək ki, həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlardır.