Şəfəqə Doğru » Manşet » Paşinyan Putinlə münasibətləri düzəltmək üçün Zelenskiyə məsləhət verdi

Paşinyan Putinlə münasibətləri düzəltmək üçün Zelenskiyə məsləhət verdi

Paşinyan Putinlə münasibətləri düzəltmək üçün Zelenskiyə məsləhət verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Ukraynada prezident seçkilərində qalib gəlmiş aktyor Vladimir Zelenskiyə məsləhət verib.

Shafaqadogru.com  "RİA Novosti”yə istinadən məlumatına görə, Paşinyan Rusiya prezidenti Vladimir Putinlə münasibətləri qaydaya salmaq üçün Zelenskiyə dürüst və düzgün olmağı məsləhət görüb:

 

"Əgər düzgün, dürüst və hiyləsiz olsan, Putinlə münasibəti bərpa etmək çətin deyil. Sadəcə birbaşa və düzgün münasibət qurmaq lazımdır. Bunu diplomatiya qəbul etməsə də, sadaladıqlarım istənilən əlaqədə faydalıdır. Düşünürəm ki, qarşısındakının onu aldatmadığını görən istənilən insan bunu qiymətləndirər”.