Şəfəqə Doğru » Manşet » “Gürcülər çox təhlükəli oyun oynayırlar ..." – Deputatdan sərt sözlər

“Gürcülər çox təhlükəli oyun oynayırlar ..." – Deputatdan sərt sözlər

“Gürcülər çox təhlükəli oyun oynayırlar ..." – Deputatdan sərt sözlər

"Son günlərdə bəzi Gürcüstan siyasətçiləri Azərbaycana və Azərbaycan xalqına qarşı həqarət yağdırmağa, iki ölkə arasında gərginlik yaratmağa çalışırlar. Düzdür, onların öz ölkəsində də nüfuzları aşağıdır, seçkilərdə yığdıqları səs çox aşağıdır. Həmçinin, onların mövqeyini sivil, ciddi gürcü dairələri bölüşmür”.

Shafaqadogru.com  xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Bununla belə deputat hesab edir ki, bu siyasətçilər çox təhlükəli oyun oynayır:

"Onların son dövrdə üzə çıxan cəsarətlərinin siyasi sifariş olduğu açıq-aydın görünür. Cənubi Qafqaz kimi həssas bir bölgədə Azərbaycan-Gürcüstan dostluğu sülhün və əmin-amanlığın əsas dayaqlarından biridir.

Görünür, xaricdə müəyyən dairələr üçün Ermənistan faktoru azdır, indi onlar gərginlik üçün gürcü İŞİD-dən istifadə etmək istəyirlər.

Ancaq Azərbaycan və Gürcüstan heç zaman təxribata getməyəcək və regionu yeni gərginlik ocağına çevirmək cəhdi baş tutmayacaq”.