Şəfəqə Doğru » Manşet » “Kim işdən çıxarılır, məlum olur ki, milyonlar oğurlayıb, nə qədər əmlakı var, bir az da keçsəymiş, Azərbaycanı viran edəcəkmiş!” - Xeyrəddin Qoca Əli İnsanov haqda danışdı...

“Kim işdən çıxarılır, məlum olur ki, milyonlar oğurlayıb, nə qədər əmlakı var, bir az da keçsəymiş, Azərbaycanı viran edəcəkmiş!” - Xeyrəddin Qoca Əli İnsanov haqda danışdı...

“Kim işdən çıxarılır, məlum olur ki, milyonlar oğurlayıb, nə qədər əmlakı var, bir az da keçsəymiş, Azərbaycanı viran edəcəkmiş!” - Xeyrəddin Qoca Əli İnsanov haqda danışdı...
"Kim işdən çıxarılır, məlum olur ki, milyonlar oğurlayıb, nə qədər əmlakı var, bir az da keçsəymiş, Azərbaycanı viran edəcəkmiş!” 

Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca sabiq səhiyyə naziri Əli İnsanov haqda danışarkən deyib. Yazıçı bildirib ki, Ə.İnsanov nazir olduğu vaxtlarda çoxlu saxtakarlıqlar edib:

"Mən siyasətlə məşğul olmağa başlayandan (30 ilə yaxındır) bəri bu sahədə çoxlu sifətsiz, xəyanətkar, yaltaq, simasız, satqın, vətəninə, xalqına düşmən olan adamlar görmüşəm. Özü də belələri müxalifətdə yox, həmişə iqtidarda olublar, indi də onlar var və çoxdurlar! Vəzifədədirlər, böyük-böyük "işlər" görürlər, xalqı incidərək prezidentə, dövlətə qarşı qoyurlar. Nəticədə insanlar əziyyət çəkirlər, bədbəxt olurlar, onlar isə yuxarıdan-aşağı baxıb, insanları əzə bildikləri üçün özlərini güclü və qürurlu görürlər. Çoxunun aqibəti bəlli olduğundan, xalq həmişə dözür, nəticəni də görürük. Ya işlərindən uzaqlaşdırılırlar, ya həbsxanaya göndərilirlər, ya da o qədər qorxu-hürkü ilə yaşayırlar ki, axırda insultdan, infarkdan ölüb gedirlər! Ya da balaları o qədər harınlayıb qudururlar ki, başlarına min cür iş gəlir! Təəssüf ki, onlar insanlara xeyli ziyan vurandan sonra məhv olur, ya gah da məhv edilirlər! Adamlarda bircə sual doğur: Belələrinə necə vəzifə tapşırırlar? Axı, qeyri-səmimi adamlar danışıqlarından, hərəkətlərindən tanınırlar. Yəni aydın deyil ki, yaltağın axırı satqın, cinayətkar, tüşvətxor olur? Nəticədə ləyaqətli, şəxsiyyətli, təmiz vicdanlı, səmimi, vətənə, xalqa bağlı insanlar işsiz-gücsüz qalır, ağır əziyyətlərə düçar olur, bədbəxt həyat yaşayırlar! 

Kim işdən çıxarılır, məlum olur ki, milyonlar oğurlayıb, nə qədər əmlakı var, bir az da keçsəymiş, Azərbaycanı viran edəcəkmiş! Əli İnsanov kimi! O, Səhiyyə naziri olanda hansı cinayətləri etmədi?! Hamı susmurdumu? Soruşacaqsınız ki, bəs sən niyə susurdun? Mən susmadım, qurultayda "İsa Qəmbər genetik xəstədir" deyərək, yaltaqlananan günün axşamı "Yeni musavat" qəzetində mən ona bir səhifəlik cavab yazdım. Səhəri gün yazım dərc olundu. İsa Qəmbərlə heç zaman görüşmədiyim, onunla heç bir əlaqəm olmadığı, yalnız mətbuatda şəkillərini gördüyüm halda, yazdım ki, əvvəla, o, bir partiyanın rəhbəridir. İkincisi, onun atasımı, anasımı (indi yadımdan çıxıb) alimdir, üçüncüsü onun ailəsi-oğlu, qızı, bəlkə də gəlini var, niyə belə təhqiramiz ifadə işlədirsən? Yadımdadır, indi rektor olan biri qurultayda yanımda oturmuşdu, mənə dedi ki, "istəyirəm çıxışım zamanı mən də İsa Qəmbəri təhqir edim, necə olar?" Baxın, belələri böyük-böyük vəzifələr tuturlar! Mən qətiyyən İsa Qəmbəri müdafiə etmirdim, çünki o, Azərbaycanın rəhbərlərini aşağılayırdı. Mən sadəcə yaltaqlığa qarşı idim. Və belə yaltaqların vəzifə tutmalarına qarşıyam! Yazı qəzetdı dərc ediləndən sonra dövlət adamlarından biri o birinə demişdi ki, "niyə imkan verirsiniz, Xeyrəddin Qoca belə şeylər yazır?" Həmin dövlət adamı və onun kimilər anlamalıdırlar ki, mən yazanda heç kimdən məsləhət almıram! Bir də mübarizəni sivil aparmaq lazımdır, bir siyasətçinin başqasını təhqir etməsi, alçaltmaq istəməsi, onun ailə üzvlərinə, valideyinlərinə söz atması qəbulolunmazdır!

Belələri indi də ətrafımızda hamıya meydan oxuyurlar! Belələrinin axırı Əli İnsanov kimi olur! O, həmin Əli İnsanovdur ki, qadın müxbirin suallarına alicənablıqla cavab vermək əvəzinə, ona "buradan rədd ol! Özü də elə-belə yox ey, konktet rədd ol!"-demişdi! Mən o zaman yazdım ki, naziri vəzifədən konkret rədd etmək lazım idi! İnsan nə qədər kobud olmalıdır ki, böyük bir televiziyanın müxbirinə, həm də qadına elə cavab versin?! Belələri vəzifələrdən rədd olub getsələr yaxşıdır! Həbsə girəndən sonra mən ilk dəfədir onun adını çəkirəm. "Yıxılana balta çalanın" çox olduğunu bildiyimdən, heç zaman bunu etmirəm, yəni "yıxılana balta çalmıram". Lakin Əli İnsanov "yıxılıb-durandan sonra lap "ağ" elədi! Mən də dözə bilməyib, ona cavab verməyə məcbur oldum. 

Diogen deyirdi ki, "Yaltaq əhliləşdirilmiş heyvanların ən təhlükəlisidir!" İtalyanlar deyir ki, "Yaltaqlıq gizli düşmənçilikdir!" K.Krılov yazırdı: Çoxdan sübut olub yaltaqlıq murdar, zərərli bir işdir. Yenə adamlar bundan çəkinməyir, çünki hər yaltaq ürəklərdə kiçik bir bucaq tapır. 

Bunları da mən deyirəm. Yaltaqlar zəhərli ilanlara oxşayırlar, "işlərini" gizlin həyata keçirirlər! Onlar şərəfsiz və ləyaqətsiz adamlardır! Onlar xəyanətkar və tamahkardırlar! Onlar cəsarətsiz, mənəvi cəhətdən yoxsuldurlar! Yaltaqlarla cinayətkarlar arasında heç bir fərq yoxdur! Təmənnalıdırlar! Natəmiz, əxlaqsız böhtançıdırlar! Vicdansızdırlar! Görünür, yaltaqlıq irsi xüsusiyyətdir. Nəsillə, qanla insanlardan bir-birinə keçir! Yaxşı xüsusiyyət olsaydı, uzun müddət "yaşamazdı", pis xüsusiyyətdir, ona görə "yaşayır", mikrob kimi yayılır! Tibb elmi hələ tam inkişaf etmədiyi üçün xərçəng, şəkər kimi xəstəliklərlə yanaşı, yaltaqlığı da məhv etmək üçün iynə, dərman tapılmır! Bəli, yaltaqlıq bir xəstəlikdir!”