Şəfəqə Doğru » Manşet » “Putin o qədər də ağılsız deyil ki…” – Obama

“Putin o qədər də ağılsız deyil ki…” – Obama

"Suriyaya hərbi güclərin göndərilməsi beynəlxalq proseslərdə hakimiyyətin təbiətini anlamamaqdır”. Publika.az "The Atlantic” jurnalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib.
Rusiyanın Ukraynanın işlərinə müdaxiləsindən danışan Amerika lideri Moskvanın mövqeyinin hazırda Suriya və Ukraynada daha güclü olduğu barədə iddiaları qəbul etməyib. Onun sözlərinə görə, Rusiya Ukraynaya müdaxilədən əvvəl daha güclü idi.
Barak Obama həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşlərdən təəssüratlarını paylaşıb.
"Putin bütün bizim görüşlərimizdə çox nəzakətli və açıqdır. Bizim görüşlərimiz işgüzar mühitdə keçir. O, başqalarına etdiyi kimi heç vaxt məni gözləməyə məcbur etmir”, – ABŞ prezidenti deyib.

Ağ evin başçısı qeyd edib ki, Rusiya lideri ABŞ-la münasibətlərə böyük əhəmiyyət verir: "O, bizimlə əməkdaşlıqda daim maraqlıdır. Çünki o, elə də ağılsız deyil və anlayır ki, bütövlükdə dünyada Rusiyanın mövqeləri əhəmiyyətli dərəcədə zəifləyib”.
"The Atlantic” yazır ki, Barak Obama daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Qərb və Şərq arasındakı qırılmanı aradan qaldıra biləcək müsəlman lideri kimi baxırdı. Nəşr qeyd edir ki, amma indi ABŞ prezidenti Suriyada sabitliyin təminatı üçün öz ordusundan istifadə etməkdən imtina edən Ərdoğanla bağlı məyusdur.

Bundan başqa, "The Atlantic” qeyd edir ki, Səudiyyə Ərəbistanı və İsrail hakimiyyəti ilə də Obamanın çətin münasibətləri yaranıb. Yaxın vaxtlarda Amerika lideri bildirib ki, Yaxın Şərqdə bir neçə "ağıllı avtokrat” çatışmır.