Şəfəqə Doğru » Manşet » Paşinyan başını itirib: Köçəryanı azadlığa buraxsın, buraxmasın?- Putin xofu...

Paşinyan başını itirib: Köçəryanı azadlığa buraxsın, buraxmasın?- Putin xofu...

Paşinyan başını itirib:  Köçəryanı azadlığa buraxsın, buraxmasın?- Putin xofu...
Son günlər işğalçı ölkənin baş naziri Nikol Paşinyan   gecə saatlarına qədər komandası ilə terrorçu eks-prezident Robert Köçəryanın həbsdən azad edilib-edilməməsi ilə bağlı qapalı görüş və müzakirələr aparır. 
Shafaqadogru.com  xəbər verir ki, Ermənistanın "Johovurd” gündəlik qəzetinin yazdığına görə,  dünən – sentyabrın 5-də gecə bu cür qapalı formatda hökumət nümayəndələri ilə keçirilmiş növbəti görüşə hüquq-mühafizə orqanları rəhbərləri də qatılıb. 

"Bizə məlumat verildi ki, Konstitusiya Məhkəməsinin Köçəryanla bağlı son qərarı xeyli müddət hüquq-mühafizə orqanlarının nümayəndələri ilə müzakirə olunub. Ermənistan ədliyyə naziri Rustam Badasyan Paşinyanı təkidlə Konstitusiya Məhkəməsinin qərarının Robert Köçəryanın həbsdən azad edilməsinə əsas verə  bilməyəcəyinə inandırmağa çalışıb. Əlavə məlumata görə, bu gün- sentyabrın 6-da "Mənim addımım" fraksiyasının  mərkəzi komitəsinin aparatında fraksiya deputatları ilə də görüş gözlənilir”- erməni qəzeti belə yazır.

Xatırladaq ki, bu günlərdə Ermənistan mediasında Rusiya lideri V.Putinin əsasən Köçəryanın taleyi və İrəvana səfəri onunla görüşməsi ilə bağlı  məsələləri həll etmək üün Paşinyana sentyabrın 10-dək vaxt verməsi haqda xəbərlər yayılıb.  

Sultan Laçın