Şəfəqə Doğru » Manşet » Qazağa təyin olunan yeni İHB-sı Qazax camaatında ümid qığılcımları yaradıb.

Qazağa təyin olunan yeni İHB-sı Qazax camaatında ümid qığılcımları yaradıb.

Qazağa təyin olunan yeni İHB-sı Qazax camaatında ümid qığılcımları yaradıb.

      

 

 

  Artıq yarım aydır ki,Qazax rayonuna İHB-si təyin olunub .Son illər Qazaxda məmur özbaşnalığından və yarıtmazlığından təngə gəlmiş  rayon əhalisi arasındakı müzakirələr ,diskussiyalar ,təhlillər və s.söz söhbətlər yeni  təyin olunmuş başçıdan gedir.

  Amma redaksiyamıza daxil olan son məlumatlarda isə Rəcəb Babaşovun çevik  və ağıllı fəaliyyətə başlamasından bəhs olunur. Gəldiyi gündən durmadan rayonun bütün kəndlərinə gedir və kənd cammatı ilə görüşərək,şikayətlərini  dinləyir,suallarını cavablandırır və görəcəyi işlər barədə danışır.görəcəyi işlər barədə  danışarkən ,Rəcəb məllim daha çox sahibkarlığa ,özəl sektorun inkişafına önəm verəcəyindən bəhs edərək ,bu işdə kimə nə yardım lazımsa ona müraciət etmələrini tövsüyyə etmişdir.Hətta bəzi kəndlərdə ona –"Hər təzə təyin  olunan başçı sizi  kimi söz verir və bir aydan sonra  hər şeyi unudur”deyə söz atan ağsaqqallar  da ,olmuşdur.Rəcəb müəllim isə -indi dediyimi üç il sonra  da deyəcəm və dediklərimin də arxasında duracam "deyə cavablandırmışdır.

   İnsafən artıq rayonda  bəzi işlərə başlanılıb deyə, mənbə bildirir.Hətda kadr islahatlarına başlamağı da unutmamışdır. Bir-iki nəfər idarə müdirlərini dəyişsə də ,hələ iclaslarda haqlı olaraq,hədəfə götürdüyü bəzi aliqarxları hələ dəyişməyib. Məsələn ,dəfələrlə hələ bizim qəzetimizdə haqqında yazdığımız Qazax səhiyyə şöbəsinin müdiri Arzu Novruzovun toplantıların birində  məsələsini qoymuş və ona  xəbərdarlıq etmişdir deyə, mənbə bildirir.Sanki, iki il bundan öncədən  qəzetmizdə yazdığımız məqalələri oxuyub, izləyirmiş kimi, hər şeyi bilirmiş.Qazax mərkəzi xəstəxanasının heç bir qüsuru olmadan sökülərək ,az müddətdə matirallarının  satılmasını, yenisinin hələdə iki ildən çöxdur ki,tikilməməsini  və s.bütün Arzu Novruzovun digər mənimsəmələri haqqında fikirlərini də söyləımişdir deyə, mənbə bildirir.Dolayısı ilə, Rəcəb Babaşovun Qazax rayonuna başçı təyin olunmazdan öncə rayon haqqında yetərli bilgilərə sahib olduğu rayon rəhbərliyində işləyənlərə və Qazax içtimaiyyətinə aydın olmuşdur.Odur ki,bəzi baş aparan ,harınlamış idarə və təşkilat rəhbərləri özünü yığışdırmağa başlamış və təlaş içərisindədirlər deyə, mənbə qeyd edur.    Nəhayyətdə hələ ki,Qazax əhalisinin gözlərində ümid qığılcımları parlamağa başlayıb.

Xeyirl ,uğurlu olsun. İnşallah, ümidvarıq, necə başlayıb elə də davam edər  .

                                                  Neymət Novruzlu.