Şəfəqə Doğru » Manşet » Gədəbəydə Səhiyyə Nazirliyi adından 3100 manatlıq rüşvət əməliyyatı - ŞİKAYƏT+ FOTOLAR

Gədəbəydə Səhiyyə Nazirliyi adından 3100 manatlıq rüşvət əməliyyatı - ŞİKAYƏT+ FOTOLAR

Gədəbəydə Səhiyyə Nazirliyi adından 3100 manatlıq rüşvət əməliyyatı - ŞİKAYƏT+ FOTOLAR
Gədəbəy rayon Zəhmət kənd sakini Almaz Allahverdiyava Anews.az-ın email ünvanına göndərdiyi şikayət məktubunda Qara Qarayev adına Uşaq Xəstəxanasının əməkdaşının ondan Səhiyyə Nazirliyi adından 3100 manat rüşvət aldığını bildirir.

"Uzun illər Gədəbəy rayon Slavyanka kənd xəstəxanasında ginekoloq işləmişəm. 2016-cı ilin yay ayları idi. Kurs keçib sertifikat almaq üçün Bakıya getdim. Kursda Qara Qayaev adına Uşaq Xəstəxanasının əməkdaşı Əzizova Xanımcan Nüsrət qızı ilə tanış oldum. Həmin xanımla söhbət əsnasında 2016-cı ilin sonlarında yaşla əlaqədar tibbdən uzaqlaşdırılacağımı dedim. Xanımcan xanım bu işi həll edə biləcəyini söylədi. Özünün Səhiyyə Nazirlində adamı olduğunu, onunla danışıb xəbər edəcəyini söylədii”, – deyə xanım bildirir.

Onun sözlərinə görə, problemlər elə bundan sonra başlayıb. "Xanımcan xanım mənə zəng etdi ki, Səhiyyə Nazirliyi ilə danışmışam. Sən müqavilə ilə işləyə bilərsən. Lakin bu işin alınması üçün nazirlikdən pul istəyirlər. Məndən müxtəlif vaxtlarda Səhiyyə Nazirliyi adından 2500, 400, 200 manat (toplam üst-üstə 3100 manat) pul aldı. Mənə bunu dostluq xatirinə etdiyini vurğuladı. Aldığım pulu Səhiyyə Nazirliyindən istəyirlər. Pulu aldıqdan sonra nə iş düzəltdi, nə də pulumuzu geri qaytardı. Müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınır” , – deyə Almaz xanım əlavə edir.

Almaz Allahverdiyeva pulunun geri qaytarılması üçün Səhiyyə Nazirliyindən və hüquq-mühafizə orqanlarından kömək istəyir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı i Elvin Hacıyev ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışsaq da zənglərimizə cavab verilmədi.
guninfo.az
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Shafaqadogru.com Teref.az-a istinadən bildirir.
Məlumata dair fotofaktlar: