"Qardaşım qızının dedikləri yalandır. Mən heç kimi döyməmişəm. Haqqımda səsləndirdiyi ittihamlar boş-boş şayiələrdir”.
Shafaqadogru.com xəbər verir ki, bunu "Modern.az"a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qardaşı qızı Zümrüd Yağmurun Meydan TV-yə müsahibəsi zamanı onun haqqında səsləndirdiyi ittihamlara cavab olaraq deyib.
Əhəd Abıyev Zümrüd Yağmurun ailəsində baş verənlərlə bağlı mətbuatın onu rahat buraxmasını istəyib:
"Barəmdə deyilənlərin heç birinə daha reaksiya vermirəm. Mənim nəsə danışmağıma ehtiyac yoxdur. Fuad Qəhərmanlının Zümrüd Yağmurun barmaqlarını qırması kimi məsələlərlə bağlı mənə sual verməyin. Əzizlərinizin canına and verirəm, məndən daha heç nə soruşmayın. Cavab verən deyiləm”.
Qeyd edək ki, Zümrüd Yağmur əmisi Əhəd Abıyevlə münasibətlərindən söz açarkən deyib: "Əhəd Abıyevlə münasibətlərimin pozulması mən 9-cu sinifdə oxuyanda baş verib. Mənim cəbhəçi olmağımla bağlı deyil. Bunun da səbəbi Əhəd Abıyevgilin mənim atamı döyməsi olub. Qardaş-qardaşı döyüb. Bu nə Fuad Qəhrəmanlı ilə bağlı olub, nə də müxalifətçi olmağımla...".