Şəfəqə Doğru » Manşet » İrəvanda ruslara qarşı etiraz aksiyası keçirilir

İrəvanda ruslara qarşı etiraz aksiyası keçirilir

İrəvanda ruslara qarşı etiraz aksiyası keçirilir

Eerməni saytlarına istinadən xəbər verir ki, İrəvanda Rusiya-Ermənistan birgə hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı etiraz aksiyası keçirilir.

Aksiya iştirakçıları Ermənistan parlamentinin qarşısına toplaşıblar. Aksiyada onlarla vətəndaş iştirak edir. İştirakçılar əllərində "Nə torpaq, nə də hava verəcəyik!”, "Biz Permyakovlar ordusuna deyil, erməni ordusuna etibar edirik!”, "Növbəti xəyanət!” kimi şüarlar olan plakatlar tutublar. 

Aksiya iştirakçılarından biri Tiqran Xzmalyan açıqlamasında bildirib ki, bu razılaşmanı imzalamaq Ermənistanın hədəfə çevrilməsi deməkdir. "Bu, yanlışdır və xəyanətdir. Gələcəyimiz sakitcə Rusiyaya satılır. Razılaşmanı imzalamaqla, biz təkcə Azərbaycana deyil, bütün dünyaya müharibə elan edirik".

Bu gün Ermənistan parlamentinin növbədənkənar sessiyasında birgə hava hücumundan müdafiə sisteminin yaradılması məsələsi müzakirə olunacaq.

İlhamə