Şəfəqə Doğru » Manşet » “Azərbaycanda olan mal ətlərinin təhlükəsizliyi bu nöqteyi-nəzərdən təyin edilmir...”- Ekspert...

“Azərbaycanda olan mal ətlərinin təhlükəsizliyi bu nöqteyi-nəzərdən təyin edilmir...”- Ekspert...

“Azərbaycanda olan mal ətlərinin təhlükəsizliyi bu nöqteyi-nəzərdən təyin edilmir...”- Ekspert...
Xəbər verdiyimi kimi Bakıda əhali arasında heyvanlarda qara yara xəstəliyinin olmasıyla bağlı məlumatlar dolaşır. Buna görə də mal ətinin satışına bəzi yerlərdə qadağa qoyulduğu bildirilir. Məsələni dəqiqləşdirmək üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. 

Qurum sədri Moderator.az-a danışarkən belə bir hadisədən xəbərsiz olduğunu bildirdi. Amma ölkədə mal ətinin satışıyla bağlı problemlərə toxundu:

"Nəzəri cəhətdən belə bir hadisənin olması mümkün deyil. Qara yara xəstəliyi müəyyən zonada olur və orda da tədbirlər görülür. Amma mal ətinin təhlükəsizliyi məsələsinə toxuna bilərik. AQTA tərəfindən bununla bağlı xüsusi nəzarət tədbirləri keçirilir. Lakin tədbirlər zəruri olsa da kafi deyil, ona görə ki, onubu yolla  həll etmək mümkün deyil. Səhər tezdən Bakıda olan minimum 50-60 min restoran və ya kafe yemək bişirməyə başlayır. Onlar da əti bazarda hardan gəldi alırlar. Sual olunur ki, AQTA Bakıda 50-60 min restorana 1-2 saatın içində necə nəzarət edə bilər? Ona görə də bu məsələni həll etmək üçün başqa ölkələrin təcrübəsindən istifafə etmək lazımdır. Xaricdə heyvan doğan kimi balasının qulağına nömrə vurulur, üstündə xüsusi kodu olur və bu da bazaya yerləşdirilir. Bazada da heyvana verilən dərmanların hamısını siyahıya alınır. Bir sözlə, orda heyvanın tərcümeyi-halı olur. 

Lakin Azərbaycanda bir faiz də olsun heyvanların bu şəkildə qeydiyyatı aparılmır. Belə çıxır ki, bunun həyata keçirilməsi üçün yüz il gözləməliyik. Azərbaycanda satılan ətlərə gəldikdə isə heç kim bilmir ki, baytar axırıncı dəfə ona hansı dərmanları verib. Təəssüf ki, əhali gözüylə gördüyü ətə üstünlük verir, hardan inək başı sallanır əti ordan alır. Buna görə də insanların AQTA və baytarlıq idarələrinə inamı yoxdur. Adlarını çəkdiyim qurumlar çalışmalıdır ki, insanların inamını qazansınlar. İnsanlar başqa ölkələrdə olduğu kimi üzlərini marketə tutmalıdır. Azərbaycanda olan mal ətlərinin təhlükəsizliyi bu nöqteyi-nəzərdən təyin edilmir və nə qədər ki, AQTA ictimaiyyətlə mükəməl iş aparmır həmişə də belə olacaq. AQTA əsasnaməsinə görə o qida halının keyfiyyətinə yox, təhlükəsizliyinə nəzarət edir. Biz isə onların mövqeyi ilə razı deyilik. Bis istəyirik ki, onlar ölkə prezidentinin təsdiq etdiyi mükəmməl əsasnaməni doğurultsun”. 
Vasif Əlihüseyn