Şəfəqə Doğru » Manşet » İnsanovun mülklərini axtaran qrup rəhbərindən - Şok açıqlama

İnsanovun mülklərini axtaran qrup rəhbərindən - Şok açıqlama

İnsanovun mülklərini axtaran qrup rəhbərindən - Şok açıqlama
Sabiq səhiyyə naziri Əli İnsanov uzunmüddətli həbsdən azad olunandan sonrakı müxalifətçilik fəaliyyəti birmənalı qarşılanmayıb. 2005-ci ildə həbsindən sonra çoxsaylı evlərində aparılan axtarışlar zamanı üzə çıxan var-dövlət də yenidən yada düşüb. Həftəsonu yayımlanan "Mir Şahinin vaxtı” verilişində Əli İnsanovun əmlakının siyahısı açıqlanıb. Onun evində aparılan axtarışlar və əldə olunan pul, qızıl, brilyant və digər qiymətli əşyaların götürülməsi səhnəsi əks olunan videolar da nümayiş etdirilib.
Xatırladaq ki, Əli İnsanovun həbsinin ilk dövrlərində bu səhnələrin əks olunduğu videolar əksər telekanallarda nümayiş etdirilmişdi. O günlərdə Əli İnsanov məhbəsdən vəkilləri vasitəsilə var-dövləti haqda yayılan məlumatların həqiqət olmadığını açıqlamışdı.
Shafaqadogru.com  axar.az-a istinadən xəbər verir ki, sabiq nazirin evində axtarış aparan qruplardan birinə rəhbərlik etmiş sabiq təhlükəsizlik zabiti adının çəkilməməsi şərti ilə Musavat.com-a son dərəcə ilginc məlumatlar açıqlayıb. O bildirib ki, nümayiş olunan videolar Əli İnsanovun bağ evlərində çəkilib:
"Gecə 11-12 olardı, göstəriş verildi, Əli İnsanovun bağlarında axtarışa getdik. İlk ünvan Novxanıda, dövlət bağlarının yanındakı bağ evi oldu. Axtarış aparacaq qrupda müstəntiq və əməliyyatçılar vardı. Ayrıca bir qrupda isə xüsusi təyinatlılar bizi müşayiət edirdi. Xüsusi təyinatlıların vəzifəsi müqavimət göstərəcək şəxsləri neytrallaşdırmaq idi. Əli İnsanovun Novxanıda 2 bağı, oğlu Vidadinin isə 1 bağı vardı. Biz ora çatanda qapını açmadılar. Əlimizdə bağ evlərində axtarış aparmaq üçün məhkəmənin qərarı vardı. Lakin qapını açmadılar. Oğlu Vidadi İnsanov dəvət olundu. Onda olan açarları qapıya saldılar, lakin qapı açılmadı. Qapını iç tərəfdən bağlamışdılar. Novxanı bələdiyyəsindən və icra nümayəndəliyindən şəxslər dəvət olundu, hal şahidlərinin iştirakı ilə qapını kəsib içəri daxil olduq. Bağın ümumi ərazisi 25-30 sot olardı. Axtarış başladı. Oradan xeyli qızıl-brilyant, qiymətli əşyalar aktlaşdırılaraq götürüldü. Sonradan televiziyalarda nümayiş olunan kadrlar bizim iştirak etdiyimiz axtarış-götürməni əks etdirir. Oradan xeyli pul, qızıl-zinət əşyaları götürülüb”.
Axtarışda iştirak edən sabiq təhlükəsizlik zabiti deyir ki, Əli İnsanovun digər bağı 40 sot ərazidə yerləşib: