Şəfəqə Doğru » Manşet » Müxalifət parlamenti mühasirəyə alır-Gürcüstanda etiraz böyüyür

Müxalifət parlamenti mühasirəyə alır-Gürcüstanda etiraz böyüyür

Müxalifət parlamenti mühasirəyə alır-Gürcüstanda etiraz böyüyür

Gürcüstanın birləşmiş müxalifət partiyaları noyabrın 17-də geniş miqyaslı aksiyaya  başlayıb.

Modern.az saytının yaydığı xəbərdə deyilir ki, bu barədə məlumatı müxalifətdən olan azərbaycanlı deputat Azər Süleymanov paylaşıb.

Yürüş Tbilisinin mərkəzində yerləşən Rustaveli prospektindəki Puşkin parkından parlamentin binasına qədər davam edib.

"Biz mübarizəmizi davam etdərəcəyik, bu gün evə getməyəcəyik və parlamenti tam olaraq blokadaya alacağıq".


Müxalifət parlamenti mühasirəyə alır-Gürcüstanda etiraz böyüyür

 


 


AZƏRTAC-ın məlumatına görə, xbu sözləri Gürcüstanın əsas ana müxalifət partiyası hesab olunan Vahid Milli Hərəkat Partiyasının lideri Qriqol Vaşadze noyabrın 17-də parlamentin qarşısında keçirilən etiraz aksiyasındakı çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Gürcüstan parlamenti artıq legitimliyini itirib.

Müxalifət parlamenti mühasirəyə alır-Gürcüstanda etiraz böyüyür

 

"Güc birlikdədir” müxalif birliyinin nümayəndəsi Giorgi Vaşadze deyib ki, müxalifət öz fəaliyyətini qanun çərçivəsində davam etdirəcək. Müxalifətin aksiyası və itaətsizlik Konstitusiya çərçivəsində olacaq.

"Hamı bir nəfərə qarşı” şüarı altında təşkil olunan aksiyaya 20-dən çox siyasi təşkilat qoşulub. Müxalifət aksiyanı bütün gecə boyu davam etdirəcək. Bunun üçün Rustaveli prospektində 20-dən çox çadır qurulub. Odun, dəmir soba və dəmir çəlləklər gətirilib.

Müxalifət parlamenti mühasirəyə alır-Gürcüstanda etiraz böyüyür

 Qeyd edək ki, Tbilisi müxalifətinə dəstək olaraq Acarıstanda hökumət binasının qarşısında da etiraz aksiyası keçirilir. Onlar da seçki qanunvericiliyinə dəyişikliyin olunmasını tələb edirlər.