Şəfəqə Doğru » Manşet » Deputat oğlu Türkiyə vətəndaşlığını qəbul edib

Deputat oğlu Türkiyə vətəndaşlığını qəbul edib

Deputat oğlu Türkiyə vətəndaşlığını qəbul edib

V çağırış Milli Məclisin üzvü Cavanşir Paşazadənin oğlu,39 yaşlı Şahin Paşazadə Türkiyə vətəndaşlığını alıb.

Şahin Paşazadə 2011-ci ildən İstanbulda sahibkarlıqla məşğuldur. 2011-ci ilin aprel ayında burada həyat yoldaşı Aytən Paşazadə ilə 100 min lirə kapitalla Gülbe İnşaat Gida İthalat İhracat Pazarlama Sanayi ve Ticaret Limited şirkətini açıb. Sonrdan kapital 2 mln. lirəyə, 2017-ci ilin sentyabr ayında isə 5,5 mln. lirəyə çatdırılıb. Nizamnaməyə əsasən, şirkət pərakəndə satışla məşğuldur və İstanbulda ticarət obyektinə malikdir.