Boliviyanın Baş Prokurorluğu keçmiş prezident Evo Moralesin həbsi haqda order çıxarıb (qafqazinfo).
Xarici mediaya istinadən yayılan xəbərdə bildirilir ki, bu haqda Daxili İşlər Naziri Arturo Murilyo Tvitter hesabında yazıb. Orderdə qərarın Moralesə qarşı açılmış cinayət işinin gedişində qəbul olunduğu göstərilib. Morales üsyana və terrora təhrik etməkdə günahlandırılır.
Qeyd edək ki, Evo Morales Meksikadan sığınacaq alsa da, hazırda qaçqın kimi Argentinadadır.