Çeçenistanın rəhbəri Ramzan Kadırov keçmiş çeçen səhra komandiri Zəlimxan Xanqoşvilinin ölümündə əli olmadığını açıqlayıb.
"Qroznı-inform” xəbər verib ki, o qərb ölkələrini sübutsuz ittihamlarda günahlandırıb.
Kadırovun sözlərinə görə, Xanqoşvilini Berlində öz adamları öldürüb.
"Bu onların daxili haqq-hesablarıdır. O heç bizim vətədaşımız da deyil, Gürcüstan vətəndaşıdır”, - deyə Çeçenistan lideri bildirib.
Öldürülən Xanqoşvili Şamil Basayev və Aslan Masxadovun yaxın adamlarından sayılıb. Avqustun 23-də Berlində naməlum şəxs onu tapanca ilə qətlə yetirib. Qətldə şübhəli bilinən 49 yaşlı rusiyalı həbs olunub.
"Bild” nəşri Ramzan Kadırovu bu qətlin sifarışçisi adlandırıb.