Azərbaycanda müəssisə rəhbəri saxlanılıb.
Femida.az saytı xəbər verib ki, Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərində təqsirləndirilib.
Müəssisə rəhbəri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb. A.Vəliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.