Şəfəqə Doğru » Manşet » Əli Həsənova zərbə--İqtidaryönlü qəzetdən ittiham dolu yazı

Əli Həsənova zərbə--İqtidaryönlü qəzetdən ittiham dolu yazı

Əli Həsənova zərbə--İqtidaryönlü qəzetdən ittiham dolu yazı

Prezident Administrasiyasının orqanı olan "Respublika" qəzeti dekabrın 26-da "Bumeranq" sərlövhəli redaksiya məqaləsi dərc edib. Bu məqalədə dövlət başçısının keçmiş köməkçisi Əli Həsənov kəskin tənqidə məruz qoyulub.

Əli Həsənova zərbə--İqtidaryönlü qəzetdən ittiham dolu yazı

 

Geniş materialda Həsənov korrupsiyada, həmkarlarını satmaqda, ictimai rəyi manipulyasiya etməkdə, ölkənin mətbuat sahəsini məhv etməkdə ittiham olunur.

Xüsusən, o, "Azərbaycan" keçmiş dövlət nəşriyyatının obyektlərini qanunsuz özəlləşdirməkdə, qəzetlər, özəl məktəblər, ali məktəblər və telekanallar kimi şəxsi biznes imperiyasını yaratmaqda ittiham olunur.

Müəllif Həsənovun intriqa, həmkarlarını satması və digər qanunsuz əməllərinə çoxsaylı faktlar gətirir.

Müəllifin adı yazılmayıb, amma qeyd edilən faktlardan göründüyü qədər, bu, "Respublika" qəzetinin redaktoru Teymur Əhmədovdur. Müəllif qeyd edir ki, bu, nəşrin ilk hissəsidir, davamı olacaq.

Bu cür sensasiya yaradan materialın dərc olunmasının Əli Həsənov üçün ən ciddi nəticələri ola bilər və bu, onun təqibinin və qazandığı zənginlikdən məhrum edilməsinin başlanğıcına dəlalət edə bilər. Bu yaxınlarda onun oğlunun "Xəzər" telekanalının rəhbərliyindən kənarlaşdırılması dolayı yolla bunu təsdiq edir.