Şəfəqə Doğru » Manşet » İraqda prezident istefa verdi

İraqda prezident istefa verdi

İraqda prezident istefa  verdi

İraq Prezidenti Barham Saleh istefa verib. Bu barədə  "Al Arabiya” məlumat yayıb.

Qeyd olunur ki, dövlət başçısı son dərəcə çətin siyasi vəziyyət və tərəflər yeni baş nazir haqqında razılığa gələ bilmədiyinə görə istefa ərizəsini parlamentə təqdim edib.

 

"Parlament üzvlərinə respublika Prezidenti vəzifəsindən istefa verməyə hazır olduğumu bəyan edirəm”, -deyə Saleh məktubunda bildirib.

Saleh deputatlara müraciətində qeyd edib ki, siyasi və parlament fəaliyyəti  xalqın ən yüksək maraqlarına cavab verməlidir.