Şəfəqə Doğru » Manşet » "Mən havayı ev istəmirəm..."-Jurnalistdən prezidentə müraciət

"Mən havayı ev istəmirəm..."-Jurnalistdən prezidentə müraciət

"Mən havayı ev istəmirəm..."-Jurnalistdən prezidentə müraciət
Jurnalist Günel Musa məişət problemləri ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

BakuPost yazdığına görə , o, iki uşaqla kirayə mənzillərdə dözülməz əzab-əziyyətlə yaşadığını yazıb: "Havayı ev istəmirəm. Jurnalist binasından da ev istəmirəm. Güzəştli ipoteka istəyirəm.

Cənab Prezident, mən düz 26 ildir köçürəm. Müharibə düşəndən köçürəm. Neçə künc-bucaq təmizlədiyimi özüm də unutmuşam. Uşaqlığımı özümə aid bir otağın olmasının xəyalı ilə yaşadım. İndi də özümə məxsus bir evin xəyalı ilə qol-boyun iki uşaq böyüdürəm. Rütubətli, damı sukeçirən evlər, pəncərəsinə "klyonka” tutub yaşadığımız hücrələr məni yarımcan etdi.
 
Sizdən bunu nə həyatını Azərbaycanın bütövlüyü uğrunda qurban verən bir kişinin qızı kimi, nə məcburi köçkün kimi, nə 11 illik iş təcrübəsi olan mətbuat işçisi kimi deyil, bir Azərbaycan vətəndaşı olaraq istəyirəm.

Yenə qeyd edirəm, mən havayı ev istəmirəm, sadəcə rahat, asan şəkildə hissə-hissə ödəməklə ev sahibi olmağıma şərait yaradılmasını istəyirəm”.