Şəfəqə Doğru » Manşet » 2019-da əkilən ağacların sayı açıqlandı

2019-da əkilən ağacların sayı açıqlandı

2019-da  əkilən ağacların sayı açıqlandı

"2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin,  ictimaiyyət  nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri-meşə sahələrində ümumilikdə  1 mln 764 min 356 ağac əkilib”.

APA-nın məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində təşkil edilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev bildirib.

F. Əliyev deyib ki, 2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara ümumilikdə 1 322 649 müxtəlif cinsli ağac tingi paylanılıb.