Tovuz rayonunda döyülmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun yaydığı məlumata görə, hadisə rayonun Səməd Vurğun küçəsində baş verib.
Rayon sakini, 1946-cı il təvəllüdlü Qasımov Məzahir müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, 73 yaşlı kişi tanımadığı şəxs tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.