Şəfəqə Doğru » Manşet » “40 YAŞINDAN 55 YAŞINA QƏDƏR HAMI SƏFƏRBƏR OLUNSUN“ – FƏRƏC QULİYEV

“40 YAŞINDAN 55 YAŞINA QƏDƏR HAMI SƏFƏRBƏR OLUNSUN“ – FƏRƏC QULİYEV

“40 YAŞINDAN 55 YAŞINA QƏDƏR HAMI SƏFƏRBƏR OLUNSUN“ – FƏRƏC QULİYEV

"Nəticə dinc yolla yoxdursa, hərb yolu ilə olmalıdır”.

Bunu ANS TV-yə müsahibəsində sabah Sankt-Peterburqda baş tutacaq İlham Əliyev və Serj Sarkisyanın görüşünü şərh edən millət vəkili Fərəc Quliyev deyib.

"Münaqişənin sülh yolu ilə həllinə bu dəfə də nail ola bilməsək rəsmi Bakının atacığı növbəti addım nə olacaq?” sualına Fərəc Quliyev belə cavab verib: "Mən təklif eləmişdim və yenə təklif edirəm ki, 40 yaşından 55 yaşına qədər hamı səfərbər olunsun. Türk ordusunda bir "akınçı” dəstələri var idi – öndə gedən və ölümü gözə alan. Bizlər qabaqda gedək, döyüşümüzü edək, ordu da gəlib arxada dayansın itki vermədən torpaqlarımızı qısa zamanda azad edək. Deyirlər, böyük dövlətlər müdaxilə edər. Bəs böyük dövlətlər bizlə birbaşa savaşsaydı nə olardı? Biz onda geri çəkilməliydik?”