Şəfəqə Doğru » Manşet » İranın təşəbbüsü ilə TƏBRİZ - CULFA qatar səfərləri başlayır

İranın təşəbbüsü ilə TƏBRİZ - CULFA qatar səfərləri başlayır

İranın təşəbbüsü ilə TƏBRİZ - CULFA qatar səfərləri başlayır
İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb. 
Qaynarinfo İran mətbuatına istinadən xəbər verib  ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq. 
Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir. 
Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır. Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür.