Çinin Vuxan şəhərində ortaya çıxan və dünyaya yayılan koronavirusla bağlı yeni iddia irəli sürülüb.
Shafaqadogru.com xəbər verir ki, elm adamları virusun yarasalardan və Çin mətbəxinə aid olan yarasa şorbasından insanlara keçdiyini düşünür.
Bu barədə məlumat Çin Elmi Bülleteninin (China Science Bulletin) yaydığı hesabatda bildirilib.
Məlumatda virusun yarasalarda ola biləcəyi və Vuxanda həddən çox istehlak edilən yarasa şorbasından insanlara keçə biləcəyi iddiası irəli sürülüb.
Çinli elm adamları sətəlcəmə oxşayan virusun araşdırmaçılar tərəfindən ciddiyə alınmadığını düşünür.
Çinin 22 ayrı bölgəsində ümumilikdə 552 yoluxma halı qeydə alınıb.