Heç bir icra başçısı Azərbaycan bayrağına qarşı bu qədər laqeyd yanaşmayıb
Tovuz rayonunun girəcəyində yerləşən bayraq meydanı özünün dəhşətldi görkəmi ilə uzaqdan adamda rayon və rayon rəhbərliyi haqqında heç də xoş olmayan təəssuratlar yaradır. Şəkildən də gördüyünüz kimi Bayraq meydanı tamamilə xaraba haldadır.
Tovuzdan AzMedia.info-ya göndərilən bu bayraq məlumatda bildirilir ki, 78 yaşlı icra başçısının demək olar ki, rayondan xəbəri yoxdur. Hər il Tovuzun abadlıq işlərinə külli miqdarda vəsaitlər sərf olunsa da, gördüyümüz kimi Azərbaycanın hər yerində dövləimizin simvolu olaraq yaradılan bayraq meydanının ürək ağrıdan vəziyyətdədir. Qəribədir ki, icra başçısı Tofiq Zeynalov məhz hər gün məhz xarababazara çevrilən bayraq meydanının yanından keçib evinə gedir. Görünür həddindən artıq yaşlanan icra başçısı o Bayraq Meydanının halını görə bilmir.
Qeyd edək ki, son zamanlar Tovuzun 78 yaşlı icra başçısı Tofıiq Zeynalovun səhhətinin acır olması ilə bağlı məlumatlar yayılır. İcra başçısı isə israrla bu məlumatların yalan olducunu desə də ortadakı faktlar tamamilə başqa şeylər deyir.
Onu da xatırladaq ki, ötən il Tovuzun adalaşdırılması üçün dövlət büdcəsindən yarım milyondan artıq vəsait ayrılıb. İki yüz min manatdan artıq vəsait msə abadlıq işlərinə gaxili büdcədən yönləndirilib. Lakin ortada olan durumda bəllidir. Yəni faktiki olaraq Tovuz sürətlə xarabaya çevrilir. Yaşlı və xəstə icra başçısı isə öz halında olduğu üçün belə görünür ki, Tovuzun halı onu heç maraqlandırmırda.
Lakin maraqlı orasınladır ki, ötən il Tovuzun abadlığı üçün ayrılan 700 min manatdan artıq vəsaitin taleyindən 78 yaşlı icra başçısının xəbəri varmı? Yəni o vəsaitləri mənimsəyənlər icra başçısının payını verməyi unutmayıblar ki?
Bu sualı ona görə verdik ki, icra başçısı rəsmən Tovuzu unudub.
Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq.