Şəfəqə Doğru » Manşet » Azərbaycanda dəhşətli virusa görə 5 nəfər xəstəxanaya yerləşdirildi — RƏSMİ AÇIQLAMA

Azərbaycanda dəhşətli virusa görə 5 nəfər xəstəxanaya yerləşdirildi — RƏSMİ AÇIQLAMA

Azərbaycanda dəhşətli virusa görə 5 nəfər xəstəxanaya yerləşdirildi — RƏSMİ AÇIQLAMA

Azərbaycan Resbublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumat yayıb.

 

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, bu gün üçün Klinik Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib:

 

"Onlardan biri Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq. Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə ediləcəklər.

 

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir.

 

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının isə hərarəti normaldır heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.

 

Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur".

 

"Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.
Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur”,-deyə rəsmi məlumatda bildirilib.