Şəfəqə Doğru » Manşet » Azərbaycan yeni qırıcılar alacaq -bu dəfə İtaliadan

Azərbaycan yeni qırıcılar alacaq -bu dəfə İtaliadan

Azərbaycan yeni qırıcılar  alacaq -bu dəfə İtaliadan
Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı genişləndirmək üçün növbəti addım atıb.

İki ölkə arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalanıb.

 
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə"ni Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və "Leonardo S.p.A"nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər.

Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanıb.

Qeyd edək ki, fevralın 19-da Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başlayıb.
(report)